25 azərbaycanlı İrəvana məcburi eniş etdi

Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.

İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar. Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində pasportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub.

Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.

Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıb (publika.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar