Balakən şəhər bələdiyyəsinin postu 50 min manata satılıb- ADLAR

Rayondakı seçki saxtakarlığı haqda şok faktlar açıqlandı

İki gün sonra (dekabrın 23-də) bələdiyyə seçkiləridir. Lakin Balakəndə namizədlərdən kimlərin "seçildiyi" indidən bəllidir. Bu haqda öz facebook səhifəsində Elçin İsmayıllı məlumat yayıb. Həmin məlumatı təqdim edirik: “Balakən rayon rəhbərliyinə çox yaxın etibarli mənbədən 23 dekabrdakeçiriləcək bələdiyyə seçkiləri ilə bağli mühüm xəbər almışıq. Belə ki, seçkilər bütün rayon ərazisində saxtalaşdırılacaq.

İcra başçisi İslam Rzayev və komandası kimi məsləhət bilirsə o, şəxslərin siyahısı artıq bütün ərazilərdə əhaliyə paylanılıb. Bütün vətəndaşlardan şəxsiyyət vəsiqələrinin nömrəsi və digər zəruri məlumatlar götürülüb. Bələdiyyə sədri və müavini olacaq şəxslərdən rayon üzrə yaşayış yerinə, ərazisinə uyğun olaraq 3 min manatdan başlayaraq, şəhər bələdiyyəsinə sədr postuna 50 min manat rüşvət alınıb”.

E.İsmayıllı Balakən rayonunun ən böyük kəndlərindən biri olan Hənifə bələdiyyəsinə kimlərin seçiləcəyi haqda aldığı məlumatı da bölüşüb: “Bələdiyyə sədri Mehtiyev Oktay Şəmsəddin oğlu, müavini Şeyxov Musa Məhəmməd oğlu olacaq. Üzvlər Həsənov Arif Şəhmir oğlu, Saramanova Elvira Qurban qizi, Hacixanova Nigar Fəxrədin qızı, Haciyev Nadir Rəcəb oğlu, Qurbanov Şahlar Qoqli oğlu, Şirinov Elçin Çingiz oğlu, Musayeva Gülnar Nəriman qızı, Mamedov Mahmud Nəsrəddin oğlu və Çıraqi Eyvaz Rəşid oğlu olacaqlar. Artıq bu kimi siyahılar DSK-da razılaşdırılıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar