Prezidentə sui-qəsd təşkil edən rusiyalı edam olundu

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı Axlas Axlakın Pakistanda edam edilməsini təsdiqlədi.

Pakistan vətəndaşlığı olan Axlasa 2005-ci ildə ölüm hökmü çıxarılıb. O, Pakistanın hərbi tribunalı tərəfindən 2003-cü ildə eks-prezident Pərviz Müşərrəfə qarşı sui-qəsddə təqsirləndirilirdi.

Rus səfirliyinin vitse-konsulu Damir Qaliulinin verdiyi açıqlamaya görə, məhkum bu gün, gündüz saatlarında öldürülüb:“Pakistan höküməti ilə aparılan fasiləsiz danışıqlara baxmayaraq, rusiyalı Axlas Axlak Fəysalabad həbsxanasında, təqsirləndirilən digər 3 nəfərlə birgə edam olundu”

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı Rusiya vətəndaşı Axlas Axlakın Pakistanda edam edilməsini pisləyib. Musavat.com-un məlumatına görə, bu barədə təşkilatın Rusiya üzrə proqram direktoru Tatyana Lokşina açıqlama yayıb.

“Konkret situasiyadan asılı olmayaraq bizim təşkilatın edam cəzasına münasibəti həmişə bir cür – kifayət qədər sərtdir. “Human Rights Watch” prinsipial olaraq ölüm hökmünə qarşıdır” – deyib qurum yetkilisi.

Xatırladaq ki, bu gün Pakistanda Axlas Axlak da daxil, 4 nəfər Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd cəhdinə görə edam edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar