Sabiq nazirlər barədə qərar günü

Nazirlərin ali şuraya göndərilməsi bu gün müzakirə olunaraq bu barədə qərar veriləcəyi bildirilib

Sabiq nazirlər Zəfər Çağlayan, Müəmmər Gülər, Egemen Bağış və Ərdoğan Bayraktar barədə Türkiyə parlamentində yaradılmış komissiya bu gün öz qərarını açıqlayacaq. ANS PRESS-in məlumatına görə, komissiyada hər bir nazir üçün ali şuraya göndərilib-göndərilməmək barədə səsvermə keçiriləcək. Komissiya ötən həftə səsvermə üsulunu müzakirə etsə də ittihamlar barədə səsvermənin ayrı-ayrı, yoxsa bütöv keçirilməsi barədə qərar verə bilməmişdi. Bu mövzunun bu gün müzakirə olunaraq bu barədə qərar veriləcəyi bildirilib.

Bu gün sabiq nazirlərin ali şuraya göndərilib-göndərilməməsi barədə komissiya üzvləri arasında açıq səsvermə keçiriləcək və nəticələr 2015-ci il yanvarın 6-da parlamentin spikerinə təqdim olunacaq. Spiker isə həmin hesabatı 10 gün ərzində millət vəkillərinə çatdıracaq. Növbəti 10 gün ərzində isə parlamentin plenar iclasından sabiq nazirlər barədə səsvermə keçiriləcək. Sabiq nazirlərin ali şuraya göndərilməsi parlamentin ümumi üzv sayının yarsından 1 nəfər artıq (276) millət vəkilinin gizli səsverməsi ilə mümkündür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar