“Nə desən bir gün içində edəcəyik” - Lukaşenko

Ötən gün Ukrayna prezidenti Pyotr Proşenko Belarus rəhbəri Aleksandr Lukaşenko ilə Kiyevdə görüşüb. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Aleksandr Lukaşenko Belarusun Ukraynaya köməklik etməkdə hazır olduğunu bəyan edib.

Belarus liderinin səsləndirdiyi bu açıqlamalar isə daha çox diqqəti cəlb edib: “Sən bizdən köməklik üçün xahiş etsən, bunu bir gün ərzində edəcəyik. Mən açıq danışacağam, Ukrayna prezidenti nə xahiş edib, biz həmişə onu etmişik. Bundan sonra da belə olacaq”.

Aleksandr Lukaşenko qeyd edib ki, bu yardım təkcə əmtəə dövriyyəsinə görə yox, həm də iki ölkənin bir-birinə yaxın və doğma olması baxımından önəmlidir.

“Deyirlər ki, Lukaşenko nədənsə qorxur. Mən qorxmuram. Biz hər şeyi etməyə hazırıq”,deyə Lukaşenko bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar