6-cı Məhəmməd Türkiyəyə qırıcılarla gəldi - Video 

Mərakeş kralı 6-cı Məhəmməd Türkiyəyə 5 təyyarə ilə gəlib.

ANS PRESS-in məlumatına görə, kral Türkiyəyə həyat yoldaşı şahzadə Lalla Salma və uşaqları ilə birlikdə səyahət edib. Səfər zamanı kral ailəsini 3 qırıcı təyyarə müşayiət edib. Kral və ailəsi isə 2 sərnişin təyyarəsi ilə Türkiyəyə gəlib.

Şahzadə və uşaqları təyyarədən endikdən sonra son model avtobillərə minərək hava limanından ayrılıblar. 51 yaşındakı Mərakeş kralı 6-cı Məhəmmədin Türkiyəyə ziyarət üçün hazırlıqları bir neçə gün çəkib.

Kral ailəsinin əşyaları Mərakeş Hava Qüvvələrinə aid 3 ədəd hərbi təyyarə ilə gətirilib. Qırıcı təyyarədən boşaldılan əşyalar daha sonra yükmaşınlarına doldurulub.

Mərakeş kralının Türkiyəyə səfərinin səbəbləri isə məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar