Erməni əsgər Qarabağda öldürüldü

19 yaşlı David Koloyanın meyiti Ağdam istiqamətində tapılıb

İşğal edilmiş Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb. ANS PRESS-in məlumatına görə, 1995-ci il təvəllüdlü David Koloyan cəbhə xəttinin Ağdam hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqda informasiya vermir.

Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ötən gün çıxışında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etmişdi.

ANS PRESS-in məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi olub.

"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar