Almaniya yüzlərlə neo-nasist zorakılığı qurbanına kompensasiya verib

Almaniyanın həftəlik “Focus” jurnalı yazır ki, alman hökuməti 2007-ci ildən bəri ekstremist zorakılıq qurbanı olan yüzlərlə insana kompensasiya verib. NSU neo-nasist qrupunun hücumlarından əziyyət çəkənlərə 1 milyon avrodan çox pul ödənilib.

Dekabrın 21-də “Focus” jurnalında gedən hesabatda bildirilir ki, hökumət yüzlərlə neo-nasist qurbanları üçün 2,1 milyon avro pul ödəyib.

Hesabatda bildirilir ki, təkcə Milli Sosialist Gizli Təşkilatının (NSU) hücumlarının qurbanları kompensasiya kimi

1 milyondan avrodan çox pul alıblar. 2011-ci ildə sözügedən neo-nasist qrupun ortaya çıxması ölkəni sarsıtmışdı. Qrup 2000-2007-ci illərdə əksəriyyəti türk mənşəli olan 10 nəfərin ölümündə təqsirləndirilir.

Almaniyanın Ədliyyə Nazirliyi 2009-2014-cü illərdə kompensasiya tələbi üçün ümumilikdə 762 ərizə qəbul edib. Müraciətlərin çoxu Şərqi Saksoniya, Saksonoya-Anhalt və Brandenburq əyalətlərindn daxil olub.

“Focus” jurnalı yazır ki, ərizəçilərin 70%-dən çoxuna kompensasiya verilib. Müraciətləri qeydə alan nazirliyin tabeliyindəki federal ədliyyə idarəsi təqsirkarlardan 432 min avro alıb.

Ədliyyə Nazirliyi həmçinin 2008-ci ildə Bombey mühasirəsi və 2011-də Moskva hava limanına terror hücumu qurbanlarına da kompensasiya verib. /"eunews"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar