Cənubi Koreya kiber hücuma məruq qalıb

 

Cənubi Koreyanın nüvə qurğusu operatorunda kompüter sistemləri sındırılıb.

Amma ölkənin enerji nazirliyi deyir ki, heç bir məlumat itirilməyib.

Nazirlik bildirib ki, 23 nüvə qurğusu reaktorları istənilən kiber hücuma qarşı bloklaşa bilir.

Bu ərəfədə ABŞ-da "Müsahibə" komediyasına görə Sony Pictures studiyasına haker hücumu baş verib. Hücumun arxasında Şimali Koreya durduğu bildirilir.

Cənubi Koreya hələ də Şimali Koreya ilə texniki müharibə vəziyyətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar