Terrorçular Pakistanda yeni hücum planlaşdırır

“Aldığımız məlumatlara əsasən terrorçular Peşavərdəki hücuma bənzəyən hücum planlaşdırırlar”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pakistanın daxili işlər naziri Nisar Əli Xan keçirdiyi mətbuat konfransında deyib.

O, terrorla mübarizədə xalqın dəstəyinin vacib olduğunu vurğulayıb.

“Terrorla mübarizədə xalqın dəstəyi çox önəmlidir. Evlərinizi, otellərinizi kirayə verərkən həmin şəxsin kimliyini araşdırın, əks təqdirdə bir terrorçunun qaldığı ev və ya otel aşkar olunarsa, həmin obyeklərin sahibləri də məsuliyyətə cəlb olunacaq”, - deyə nazir bildirib.

N. Xan ölkədəki mobil rabitə şirkətləri ilə də müzakirələr aparıldığını və indiyədək 500 min sim kartın bağlandığını deyib: “Bundan sonra terror hücumları zamanı hansı şirkətin sim kartı istifadə olunarsa, həmin şirkət məsuliyyət daşıyacaq”.

Daxili işlər naziri KİV-ləri terrorizmi təhrik edən reportajlar hazırlamamağa və terrorçuların bəyanatlarını yaymamağa da çağırıb: “Əsgərlərin başını kəsib top kimi oynadanların mesajını yaymaqla, ordunun fədakarlıqalarına qarşı haqsızlıq edirsiniz”.

N. Xan ölkədəki mədrəsələrdən bəzilərinin “Taliban”la əlaqələrinin aşkar olunduğunu və onların qapadıldığını diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar