Səudiyyə Ərəbistanının neft naziri: “Neft tezliklə bahalaşacaq”

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollarsNeftin qiyməti tezliklə qalxacaq.

“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib.

Nazirin fikrincə, neftin qiymətinin düşməsi qismən “OPEC-ə daxil olmayan neft istehsalçısı olan ölkələr arasında qarşılıqlı anlayışın olmaması ilə bağlı idi”.

O, əlavə edib ki, neftin qiymətinin düşməsinin digər səbəbi “möhtəkirçilərin çaşqınlığa səbəb olan məlumatları və tamahkarlığı” olub.

Qeyd edək ki, nazirin bu bəyanatından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki, Brent markalı neftin 1 barelinin qiyməti 62,62 dollara, WTI markalı neftin qiyməti isə 57, 87 dollara yüksəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar