Bakıda adı kütləvi davada hallanan şəxs 16 gündən sonra öldürüldü

Bir neçə gün əvvəl adı kütləvi davada hallanan şəxs bıçaqlanaraq öldürülüb.

Binəqədi Rayon Polis İdarəsindən "Trend"-ə verilən məlumata görə, dekabrın 19-u saat 22 radələrində 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1959-cu il təvəllüdlü Yusifov Bərxudar Çərkəz oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ağayev Nurlan Vaqif oğlu üç dostu ilə birlikdə dekabrın 3-də saat 20 radələrində sərxoş halda Bakının Binəqədi rayonundakı “909 gecə” adlı kafedə kütləvi davanın iştirakçısı olub. Onlar kafenin inzibatçısı - 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu, musiqiçiləri və gözdən əlil sintezator ifaçısını döyüb, sintezatoru isə sındırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar