Dolların kursu 56 rubla enib

Bu gün səhər saatlarında Moskva birjasında dolların kursu 56 rubla enib.

“APA-Economics”in Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, avronun kursu 69 rubldan aşağı düşüb.

Ekspertlər baş verənləri Rusiya Mərkəzi Bankının iqtisadiyyatda rublun həcminin azaldılması və banklararası bazarda faiz dərəcələrinin artırılması ilə əlaqələndirir: “Bu gün valyuta bazarında rublunun likvidliyində problemlər var. Banklararası bazarda faiz dərəcələri çox yüksəkdir və banklar xarici valyutanı satmaq məcburiyyətindədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar