Azərbaycan yığması yeni ilin reytinq siyahısında geriləyəcək

FİFA reytinqinin 2015-ci ildə açıqlanacaq ilk siyahısı yanvarın 8-də dərc olunacaq. Apasport.az saytının məlumatına görə, dekabrın 18-də açıqlanan cədvəllə müqayisədə ciddi dəyişiklik baş verməyəcək.

Buna səbəb 3 həftə ərzində cəmi 16 qarşılaşmanın baş tutması, həmin oyunların da yoxlama xarakteri daşımasıdı. Meydana çıxacaq 18 komanda arasında isə Avropa təmsilçisi yoxdu.

Bu isə 2014-cü ilin son siyahısına təsirin minimuma enməsidi. Lakin cüzi dəyişikliklər Azərbaycan yığmasından da yan ötməyəcək.

Belə ki, indi planetin 135-ci komandası olan yığmamızın 1 pillə geriləyəcəyi gözlənilir. Düzdü, komandamızın hesabında yenə 215 xal olacaq. Amma bu dəfə millimiz 136-cı olacaq.

Komandamızın geriləməsinin səbəbkarı isə Vyetnam millisidi. 7 xal qazanıb, 4 pillə irəliləyən asiyalılar cədvəldə Azərbaycanı keçəcək. Qvineya-Bissau ilə birlikdə 133-cü yeri böləcək vyetnamlılar Yeni Zelandiyanı 135, Azərbaycanla Tacikistanı isə şərikli 136-cı yerə yuvarlanmağa məcbur edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar