Orxan Zeynalovun Azərbaycana verilməsi üçün 3 milyon rubl istənilir

Orxanin-atasiMoskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarından sonra onun Azərbaycana ekstradisiya oluna biləcəyi ehtimal edilirdi.

Hazırda bu nə dərəcədə realdır?

Modern.az saytı bu sualla həmyerlimizin hüquqlarını Apelyasiya Məhkəməsində müdafiə etmiş vəkil Abasmirzə Abdullayevə müraciət edib. O, bildirib ki, təzminatın ödənəcəyi təqdirdə Orxan Zaynalovun Azərbaycana ekstradisiyası baş tuta bilər:

“Orxan Zeynalov məhkəmənin qərarı ilə 3 milyon rubl təzminat ödəməlidir. Bu təzminat ödənilmədiyi müddətdə onun Azərbaycana ekstradisiyası mümkün olmayacaq”.

Vəkil bildirib ki, məhkəmənin qərarı ilə bu təzminatı ödəyəcəyi təqdirdə prinsipcə, məsələ həll oluna bilər, bunun üçün zərərçəkən tərəfə 3 milyon rubl qaytarılmalıdır: “Borcu özü ödəyə bilməsə belə, Azərbaycan rəsmilərindən hər hansı bir şəxs onun əvəzinə ödənilməsi üçün zamin dura, yaxud birbaşa həmin təzminatı ödəyə bilər”.

Vəkilin sözlərinə görə, Rusiya tərəfi Orxan Zeynalovun həbsdə saxlanılmasında maraqlı deyil: “Çünki xarici ölkə vətəndaşının qidalandırılması və saxlanılması da əlavə vəsait tələb edir. Orxan Zeynalov hazırda özünü yaxşı hiss edir, hər hansı bir şikayəti yoxdur”.

Vəkil onu da vurğulayıb ki, qanuna əsasən, Orxan Zeynalovun ailəsi ilə görüşünə hər hansı qadağa yoxdur.

Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar