Lukaşenkodan sonra Nazarbayev də Ukraynaya səfər edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukraynaya səfər edib.

APA-nın “112.ua” satına istinadən verdiyi xəbərə görə, Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə N. Nazarbayev arasında görüş keçirilib.

P. Poroşenko Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu aydın mövqeyə görə N. Nazarbayevə təşəkkür edib: “Mən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verilən qəti və ardıcıl dəstəyə görə sizə çox minnətdaram”.

Qazaxıstan prezidenti isə Ukraynanı uğurlu demokratik seçkilərin keçirilməsi və yeni hökumətin formalaşması münasibətilə təbrik edərək bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın bərpası və Donbass probleminin həlli üzrə sülh prosesinin sürətlənməsində hər cür dəstək verəcək. O, sülh prosesinə qoşulmağa hazır olduğunu vurğulayıb.

N. Nazarbayev baş nazir Arseni Yatsenyukla da görüşəcək.

Xatırladaq ki, dekabrın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevə səfər edib. Rusiyadakı iqtisadi böhrandan sonra Moskvanın Avrasiya İqtisadi İttifaqı üzrə əsas tərəfdaşları olan Belarus və Qazaxıstanın rəhbərlərinin Ukraynaya ardıcıl səfərləri diqqəti cəlb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar