14 SAYLI "KOLON"DAKI İNSİDENTİN SƏBƏBLƏRİ - Ölən var [Yenilənib]

hebsxana

14 saylı cəzaçəkmə müəssisəsində yaşanan insidentin səbəbi ilə bağlı istiqamet.com-a məlumat daxil olub.

Qeyd olunur ki, narazılığa səbəb həmin müəsssisədə cəza çəkən 22 yaşlı Bakı sakini Adil adlı şəxsin (Onun soyadını dəqiqləşdirə bilmədik) ölümüdür.

Məhbuslar bildirirlər ki, məhbus aldığı işgəncələrdən sonra ölüb.

Müəsssiədə məsul post tutan mayor rütbəli Firovsi adlı şəxs, rejim rəisi baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə məhbusa qarşı kobud rəftara yol veriblər. Məhbusun meyiti bu gün cəzaçəkmə müəssisəsindən çıxarılıb.

Məhbuslar işgəncəyə etiraz olaraq ayağa qalxıblar.

* * *

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, daxili intizam qaydalarını pozan məhkumlar digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər.

Həmin məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Penitensiar Xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib.

Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb.

Penitensiar Xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaq.

* * *

14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verməsi haqda məlumat yayılıb.

Bu barədə “Yeni Müsavat”a daxil olan məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz edirlər. Ehtimal olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. Hazırda müəssisənin ətrafında çoxsaylı post patrul xidməti maşınları var.

Siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, müəssisə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 9-da da 14 saylı CM-də qiyam baş vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar