4 rəisin dəyişdirilməsi xəbərinə REAKSİYA

Bu gün Bakının 4 rayonunun rəisinin dəyişdirilməsi ilə bağlı yayılan məlumat təsdiqlənmir.

DİN-in mətbuat xidməti məsələ ilə bağlı konkret fikir bildirməsə də, göstərilən rayonların polis idarələrindən xəbər təkzib olunub. Belə ki, AzNews.az-ın əməkdaşları Nizami, Xətai, Səbail və Nərimanov Rayon Polis İdarələri ilə əlaqə saxlayıblar. Hər dörd idarədən rəislərin iş başında olduğu, heç bir yeni təyinatın həyata keçirilmədiyini bildiriblər.

İdarələrdən həmçinin deyilib ki, sabah ölkədə Bələdiyyə Seçkiləri keçirildiyindən onlar gücləndirilmiş iş rejimində çalışırlar. 

* * * 

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovun təqdimatı ilə Daxili İşlər Naziri Ramil Usubov Bakının 4 rayonunun polis rəislərinin dəyişdirilməsi barəsində əmr imzalayıb.

AzNews.az xəbər verir ki, əmrə əsasən Nizami, Xətai, Nərimanov və Səbail rayonlarının polis idarələrinin rəisləri vəzifələrindən azad edilərək, yeni vəzifələrə təyin olunublar.

Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov Səbail RPİ-nə, Səbail RPİ-nin İlqar Mahmudov Xətai PRİ-nə, Xətai PRİ-nin rəisi Əkbər İsmayılov Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev isə Nizami RPİ-nə rəis təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar