“SSRİ-ni bərpa etmək istəyənin ağlı yoxdur” - Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hazırda ortaya çıxan böhranlarla əlaqədar Avrasiya İqtisadi İttifaqının ciddi risklərlə qarşılaşdığını bəyan edib.

APA-nın “times.kz” saytına istinadən verdiyi xəbərə görə, N. Nazarbayev bunu Astanada jurnalistlərlə keçirdiyi ilk görüşündə deyib.

O bildirib ki, indi müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması barədə söhbətlər gedir: “Boş şeydir. Kim Sovet İttifaqını bərpa etmək istəyirsə, onun ağlı yoxdur. Marksist-leninçi ideologiya vardı, Kommunist Partiyası vardı, vahid iqtisadi orqanizm vardı, indi isə bunların heç biri yoxdur. Bu gün uşaqdan soruşsaq ki, Lenin kimdir, cavab verə bilməyəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar