Göyçayda iş adamını qətlə yetirən şəxs tutuldu - Təfərrüat

hebs-qandalBu ilin avqust ayında Göyçay rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Sahib Sabir oğlu Abbasovu öldürən şəxs tutulub.

Məlum olub ki, hadisəni həmin kənd sakini, 1956-cı il təvəllüdlü Ələsgər Xudu oğlu Xudiyev törədib. Bu gün o, yaşadığı evdə tutularaq Göyçay rayon Polis Şöbəsinə gətirilib. O, hadisəni törətdiyini etiraf edib.

Ələsgər Xudiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum Sahib Abbasovun Alpoud kəndindəki çörək sexində həyat yoldaşı ilə birgə işlədiyini və hadisədən 4 gün əvvəl işdən çıxarıldıqlarını bildirib. Ə.Xudiyev əmək haqqını almaq üçün çörək sexinə getdiyini və müdiri Sahib Abbasovun onu təhqir etdiyini bildirib. O, avqustun 14-də axşam saatlarında ov tüfəngi ilə Sahib Abbasovu öldürdüyünü bildirib.

Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, 4 uşaq atası olan Sahib Abbasovun odlu silahdan açılan atəş nəticəsində güllə yarası aldığı və bu səbəbdən dünyasını dəyişdiyi müəyyən olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar