"Hökumət taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək" - Medvedev

medvedev “Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş naziri Dmitri Medvedev müavinləri ilə görüşü zamanı deyib.

“Hazırda taxıl ixracına məhdudiyyətlərin tətbiq olunması haqda düşünmək lazımdır. Əlbəttə ki, bu qərar iri ixracatçılarla razılaşdırılmış şəkildə həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

D. Medvedev taxıl emalı məhsulları, taxıl bazarındakı vəziyyəti tənzimləmək üçün çevik addımların atılmasının vacib olduğunu da qeyd edib.

Rusiya baş naziri məsələ ilə əlaqədar müavininə xüsusi təkliflər hazırlamaq tapşırığı verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar