Ömər Məmmədovun apellyasiya şikayəti təmin olunmadı

Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində bloqqer Ömər Məmmədovun Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

Ömər Məmmədovun vəkili Əlayıf Həsənov çıxışında Ağır Cinayətlər Məhkəməsinin qərarının ləğv olunmasını, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Dövlət ittihamçısının etirazından sonra vəkil replika ilə çıxış edərək məhkəməyə kifayət qədər dəlilin təqdim olunduğunu, Ömər Məmmədovun siyasi əsaslarla həbs olunmasının sübuta yetirildiyini bildirib:

«İstintaq materiallarındakı bütün sənədlər və onların tarixləri bir-birinin əksini göstərir. Ömər Məmmədov «facebook»dakı aktivliyinə və siyasi fəallığına görə həbs olunub».

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda narkotik ittihamı ilə tutulub. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər Məmmədovu 5 il azadlıqdan məhrum edib.

Beynəlxalq Kipr Universitetinin (Şimali Kipr) tələbəsi olan Ömər Məmmədovun müdafiəçiləri onun sosial şəbəkələrdəki fəallığına görə tutulduğunu bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar