Qırğızıstanın Avrasiya İttifaqına qoşulması ilə bağlı layihə parlamentə getdi

Qırğızıstan hökuməti 22 dekabr iclasında ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı layihəyə baxıb.

“Media forum” saytının məlumatına görə, baş nazir Coomart Otorbayev təqdimat zamanı deyib ki, layihədə Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı standartlar və ölkənin maraqları nəzərə alınıb.

İclasın sonunda ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı layihənin parlamentə göndərilməsinə qərar verilib.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Gələn yanvarın 1-də Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə qüvvəyə minir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar