Bələdiyyə seçkilərində 8 partiya iştirak edəcək

“Sabah bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin 128-i müvəqqəti yaradılmış məntəqələrdir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov deyib ki, 37 077 nəfər bələdiyyə üzvlüyünə namizədlər var. Seçkilərdə 8 siyasi partiya - YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.

Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən, dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar