PKK ilə polis arasında qarşıdurma

Türkiyənin Silvan rayonunda PKK tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Musavat.com-un məlumatına görə, aksiya keçirən PKK-çılarla polis arasından qəribə dialoq keçib.

Dünən gecə PKK-nın gənclık qolu Silvan rayonunun əsas prospektlərindən birində barrikada quraraq maşınları saxlayıb, sənəd tələb ediblər. PKK-çılar hadisə yerinə gələn polislərə fişəng, "Molotov kokteyli", daş və səs bombaları ilə hücum edib. Polislər isə onlara su şırnağı və göz yaşardıcı bomba ilə qarşılıq verib.

Bu arada bir PKK-çı polisə xitabən deyiblər: "Düz-əməlli at, aldığın maaşa layiq ol. Niyə düz nişan ala bilmirsən?". Polis isə belə cavab verib: "Ortaya çıx görək sən kişisən?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar