Ceki Çanın oğlunun narkopriton saxlaması rəsmən təsdiqləndi

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu məşhur aktyor Ceki Çanın oğluna qarşı Pekində narkopriton saxlamaq barədə rəsmi ittiham irəli sürüb. 32 yaşlı Ceysi Çan məhkəmə qarşısına çıxarılacaq.

"Trend"-in məlumatına görə, Fan Tszyumin adı ilə də tanınan Ceysi sentyabrda Pekində tanınmış Tayvan kino aktyoru, 23 yaşlı Çjendunla birlikdə saxlanılıb. Onlar narkotik testindən keçiriliblər. Saxlandıqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edib. KİV Ceysini üç il həbs cəzası gözlədiyini bildirib. Dünya şöhrətli C.Çan oğlunun davranışına görə üzr istəyib. "Reuters" agentliyi xəbər verir ki, Çin prokurorluğunun məlumatına görə, Ceysi barəsində narkopriton saxlamaq, narkotikləri qəbul edənlərin gizlədilməsi üzrə cinayət işi açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar