Təbii qazın da qiyməti düşür

Təbii qazın qiyməti, mülayim hava şəraiti və artan ehtiyatlar ilə təxminən 1,5 ilin ən aşağı səviyyəsini görüb.

Son iki əməliyyat günündə mülayim hava şəraiti və azalan tələblə təbii qaz kontraktlarının qiyməti aşağı düşüb, bu gün 3,27 dollar ilə 13 Avqust 2013-dən bu yana ən aşağı səviyyəni görüb.

Təbii qaz kontraktlarının qiyməti cümə günü bağlanışı ilə müqayisədə 5,6% geriləyərək 3,27 dollardan icra olunur.

Analitiklər, ABŞ-da proqnozlardan çox artan təbii qaz ehtiyatları ilə bərabər, mülayim hava şəraitinin və tələbdə azalma olacağı proqnozlarının qiymətləri aşağı saldığını bildirirlər. İrandan Cənub Pars Qaz Sahəsindəki istehsalın 20% artdığına dair verilən açıqlamaların da qiymətlərdəki enişi dəstəklədiyinə işarə edirlər. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar