KİVDF jurnalistləri mükafatlandırdı - FOTOLAR

Dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək bildirdi ki, müsabiqə 19 istiqamət əsasında keçirilib. Müsabiqəyə 58 media qurumundan 154 yazı təqdim olunub. Yekunda hər istiqamət üzrə 6 qalib seçilib. Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafat verilib.

Fondun budəfəki müsabiqəsindən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib.

Vüqar Səfərli dövlətin jurnalistlərə qayğısından danışdı.

Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə dünyanın başqa heç bir ölkəsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun olmadığını bildirdilər. Bu təcrübənin nümunə olduğundan danılşdılar. Eyni zamanda onlar müsabiqəyə tədqim olunan yazıların daha keyfiyyətli olması üçün təkliflərini verdilər. Fondun Müşahidə Şurasının üzvləri Rəşad Məcid, Müşfiq Ələsgərli, Vüqar Rəhimzadə, həmçinin BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasının idarə heyətinin üzvü Aydın Quliyev çıxışlarında jurnalist yazılarının üstün və zəif cəhətlərindən danışdılar. Sonra müsabiqədə iştirak edən jurnalistlər təkliflərini səsləndiridlər. Müzakirələrdən sonra müsabiqədə hər istiqamət üzrə 2-ci və üçüncü yerlərin qaliblərinə diplomlar təqdim edildi.

Birinci yerlərin qalibləri isə KİVDF-nin dekabrın 24-də keçirəcəyi tədbirdə mükafatlandırıalacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təçkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da “Altun Saray” restoranında baş tutacaq.(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar