Türkiyə səfirliyindən Azərbaycan vətəndaşlarına xəbərdarlıq

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın səfirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıq Türkiyədə yeni qəbul olunmuş “Xaricilər və beynəlxalq qoruma qanunu”nun yeni ildən qüvvəyə minməsi ilə əlaqədardır.

Qeyd olunur ki, 2015-ci ilin 1 yanvar tarixindən etibarən Türkiyəyə getmək istəyən xarici vətəndaşların pasportunun və ya pasportu əvəz edən sənədlərinin etibarlılıq müddəti bu ölkədə qalmaq üçün viza və ya icazə müddəti bitdikdə sonra da 60 gündən az olmamalıdır.

Sənədlərinin etibarlılıq müddəti bu şərtlərə cavab verməyən xarici vətəndaşların Türkiyəyə girişi qadağan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar