Putin Obamanı Rusiyaya dəvət elədi

PUTINLE_OBAMA_GORUSABŞ prezidenti Barak Obama Rusiyaya dəvət edilib. Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov aşıqlama verib.

Onun sözlərinə görə, Moskva Amerika liderinə faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün rəsmi dəvət göndərib. “Əlbəttə ki, dəvət göndərmişik” – deyib Kreml rəsmisi.

Ancaq dəvətin Ağ Ev tərəfindən qəbul-edilib edilmədiyi hələlik bəlli deyil. Analitiklər iki ölkə arasında soyuyan münasibətlər fonunda Obamanın Moskvaya səfər edəcəyi ehtimalına skeptik yanaşırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar