Pakistanda kütləvi edam

500 məhbus yaxın 2-3 həftədə edam ediləcək

Pakistan terrorçuluqda günahlandırdığı 500 məhbusu yaxın 2-3 həftədə edam edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Nisar Ali Xan bildirib.

O, deyib ki, məhbusların mərhəmət istəyini prezident ləğv edib. Nazir onu da əlavə edib ki, məktəbdəki qətliamdan sonra onlar ölüm hökmü ilə bağlı limit həddini qaldırıblar.

Qeyd edək ki, bir neçə gün öncə Pakistanda məktəbdə törədilən terror aktı zamanı 130-dan çox uşaq öldürülmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar