“Təhsil və media dialoqu” mövzusunda konfrans keçirilib -FOTOLAR

Bu gün Bakı Ali Neft Məktəbində “Təhsil və media dialoqu” mövzusunda praktik konfrans keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Samir Paşayev, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq bu günü əlamətdar gün kimi qiymətləndirib. E. Qasımov qeyd edib ki, BANM-nin yaradılmasında məqsəd Azərbaycanda yüksək ixtisaslı, müasir biliklərə yiyələnən və dünya səviyyəli yerli mütəxəsislərin hazırlanıb cəmiyyətimizə təqdim etməkdir: “BANM hər zaman KİV ilə münasibətlərin, əməkdaşlığın qurulmasında da maraqlıdır".

Daha sonra Bakı Ali Neft Məktəbi haqqında videoçarx nümayiş olunub.

Ali Neft Məktəbinin Medianın təhsildəki rolu və əhəmiyyəti barədə, eyni zamanda mediada təhsillə bağlı məlumatların ictimailəşdirilməsi ətrafında gedən müzakirələrdə çıxış edən “APA Holdinq”-in baş direktoru Vüsalə Mahirqızı “Onlayn mediada nə üstündür-tezbazar, yoxsa...”, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin RTV kafedrasının müdiri Aynur Kərimova “Sosial media mediadırmı?” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

İclasın davamında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov professor, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alması münasibətilə tədbir iştirakçıları adından təbrik edib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Şirməmməd Hüseynova BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

Qeyd edək ki, tədbirin birinci paneli Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, ikinci paneli isə Bakı Ali Neft Məktəbində keçirilib.

Vaqif

AzPolitika/info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar