Tunisin yeni prezidenti məlum oldu

Tunisin mərkəzi seçki komissiyası ölkənin yeni seçilmiş prezidentinin adını açıqlayıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, seçkinin ikinci turunda səslərin 55,68 faizini qazanan “Nida Tunis” partiyasının lideri Sibsi ölkənin yeni prezidenti seçilib.

Sibsinin rəqibi ölkəyə müvəqqəti rəhbərlik etmiş Məhəmməd əl-Munsıf əl-Mərzuki isə səslərin 44,32 faizini qazanıb.

Qeyd edək ki, 23 noyabrda Tunisdə keçirilmiş seçkilərin birinci turunda Sibsi 39,4, Mərzuki 33,4 faiz səs toplayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar