Avropa Şurası seçkiləri müşahidə etməkdən imtina edib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurasına dəvət göndərilib: "Biz bu il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa düşdüm ki, Qərbdə Yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən qrup yığmaqda çətinlik çəkiblər. Amma biz bir ay əvvəlcədən müraciət etmişdik" ("Trend").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar