Prezident idmançılara mənzil verdi- Fotolar

Dekabrın 22-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Aztv.az-ın verdiyi məlumata görə, Prezident İlham Əliyev bildirib ki, ənənəyə çevrilən bu görüşlər ölkədə idman sahəsində aparılan uğurlu siyasətin təcəssümüdür.

Prezident il ərzində idman sahəsində qazanılan nailiyyətlərdən danışarkən gənc idmançılarımızın Çində keçirilən Yeniyetmələrin Yay Oİlimpiya Oyunlarında qazandığı qələbələri xüsusi vurğulayıb. 2014-cü ildə də ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini, hazırda 9 rayonda olimpiya komplekslərinin tikildiyini deyən dövlət başçısı artıq bölgələrdəki idman-olimpiya qurğularının sayının 41-ə çatdığını vurğulayıb.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edən İlham Əliyev artıq hazırlıq işlərinin son mərhələdə olduğunu, işlərin yüksək keyfiyyətlə və qrafik üzrə aparıldığını diqqətə çatdırıb.

Bu Oyunların keçirilməsi ilə bağlı şəhər infrastrukturuna da böyük dəstəyin verildiyini deyən dövlət başçısı yeni yolların çəkildiyini, körpülərin salındığını, nəqliyyat vasitələrinin alındığını bildirib. Ekoloji tədbirlərin də həyata keçirildiyini deyən Prezident Böyük Şor gölünün təmizlənməsi istiqamətində mühüm addımların atıldığını, Bakı bulvarının genişləndirildiyini, yeni layihənin icrası nəticəsində bulvarın uzunluğunun daha da artacağını və təxminən 6 aydan sonra Bakının yeni siması ilə öz qonaqlarını qarşılayacağını deyib.

Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Bu kateqoriyadan olan idmançılara mənzillərin orderləri verilib. İdmanda yüksək nailiyyətlər göstərən bir qrup idmançı isə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif olunub. İdmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri də təqdim edilib.

Daha sonra bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə ölkənin bir qrup idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, o cümlədən “Əməkdar müəllim” fəxri adları təqdim olunub.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar