İŞİD bütün dünyanı ələ keçirmək istəyir (FOTO)

İraq və Suriyaya gedərək İŞİD-i yerində müşahidə edən ilk Qərbli jurnalist olan Jürgen Todenhöfer terror qruplaşmasının bir çox sirlərini öyrəndiyini bildirb.

ANS PRESS-in məlumatına görə, 50 ildir müharibələrdə müxbirlik edən alman jurnalist İŞİD liderləri və yaraqlıları ilə görüşüb.

İŞİD yaraqlıları ilə keçirdiyi 10 günü kitab halına salmağı planlaşdıran Jürgen Todenhöfer ilk təəssüratlarını alman mətbuatına danışıb. Onun sözlərinə görə, İŞİD-in dini bir "təmizlik" reallaşdırmağı planlaşdırdığını deyib.

Alman jurnalistin fikrincə İŞİD Qərb ölkələrinin hərbi müdaxiləsi və ya hava hücumları ilə deyil, İraqdakı sünnilərlə müzakirə edilərək məhv edilə bilər.

Bölgədə İŞİD-ə verilən dəstəkdən danışan Jürgen Todenhöfer buna bənzər bir vəziyyəti daha əvvəl heç bir döyüş bölgəsində görmədiyini vurğulayıb.

Hər gün dünyanın dörd bir yanından yüzlərlə yaraqlının İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa getdiyini iddia edən jurnalist bu vəziyyətin onun üçün anlaşılmaz qaldığını bildirib.

Mosulda 5 minə qədər İŞİD yaraqlısının olduğunu deyən Todenhöferin sözlərinə görə, ABŞ buradakı yaraqlıları məhv etmək istəsə bütün şəhəri yerlə bir etmək məcburiyyətində qalacaq. İŞİD-in ən böyük təhlükəsinin tarixdəki ən böyük dini "təmiz"liyi reallaşdırmaq olduğunu bildirən Todenhöfer terror qruplaşmasının öz təriqətlərindən başqa bütün dinlərin yox olmasına çalışdığını söyləyib.

İŞİD yaraqlılarının bütün dünyanı ələ keçirmək istədiyini deyən alman jurnalist terrorçuların "Quran"ın şərh formasını (İŞİD İslam dininin müqəddəs kitabının şərh olunmasını düzgün saymır və bunu günah sayır - red.) mənimsəməyən hər kəsin öldürmək niyyətində olduğunu qeyd edib.

Alman jurnalist İŞİD-in işləyən bir dövlət olmaq üçün çabaladığını izah etməklə yanaşı terrorçu qruplaşmanın sosial və təhsil layihələrii reallaşdırmaq istədiyini sözlərinə əlavə edib. İŞİD-in qızlara da təhsil vermək niyyətini eşidəndə çaşdığını bildirən jurnalist terrorçu qruplaşmanın yaranmasının əsas səbəbini ABŞ prezidenti Corc Buşun İraqa hücum etməsinidə gördüyünü deyib: "Buş İraqa hücum etməsəydi, İŞİD də olmayacaqdı".

Jürgen Todenhöfer İŞİD-lə əlaqədar təəssüratlarından "İŞİD ilə 10 gün" adlı bir kitab yazacağını söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar