Şimali Koreya BMT Təhlükəsizlik Şurasının iclasını boykot etdi

Şimali Koreya Sony Pictures-ə kiberhücum ətrafında yaranmış qalmaqalla əlaqədar BMT Təhlüksəizlik Şurasının iclasında iştirakdan imtina edib. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

İclasın gündəliyindəki əsas məsələ insan hüquqlarına əməl olunması problemidir. Şimali Koreyadakı vəziyyət dünya ictimauiyyətinin diqqəttini cəlb edib. BMT bu ölkədə insan hüquqlarının pozulması ilə bağlı araşdırlamara başlayıb. Araşdırmanın yekununda Kim Çen In məsuliyyətə cəlb edilə bilər.

ABŞ prezidenti Barak Obama isə bəyan edib ki, Şimali Koreya beynəlxalq terrorçuları dəstəkləməkdı ittiham olunan ölkələrin siyahısına qaytarıla bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar