Murad Ədilovun istintaqı yekunlaşıb

AXCP-nin həbsdə olan fəalı Murad Ədilovun cinayət işi üzrə istintaq başa çatıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Vəkilin bildirdiyinə görə, istintaqın başa çatması rəsmi şəkildə dekabrın 24-də elan olunacaq:

«İstintaqın başa çatması elan edildikdən sonra müdafiə tərəfinin cinayət işi ilə tanışlığı başlayacaq. Daha sonra iş məhkəməyə göndəriləcək».

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Noyabrın 6-da həbs müddəti daha iki ay uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar