PUTİNİ KİMLƏR ƏVƏZ EDƏ BİLƏR? – İvanov, Sobyanin, yoxsa Xodorkovski...

16 dekabr “qara çərşənbə axşamı” gününədək Putinin istefası və növbəti seçkilər barəsində söz salmaq tamamilə əsassız görünürdü. Amma indi, ilk baxışda bəlkə də az inandırıcı görünə bilən növbədənkənar seçkilər vasitəsilə Rusiyanın ağır iqtisadi və siyasi böhrandan necə çıxması məsələsini müzakirə etmək lazımdır. Hal-hazırkı vəziyyət aydın göstərir ki, böhran, sanksiyalar və Qərblə qarşıdurma, yuxarıdakı Rusiya hakim elitasını konsalidasiya edir.

16 dekabrdan iki gün sonra Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçyov bildirmişdi ki, "sanksiyalara məruz qalanlar klubu” Putinlə sona qədər getməyə hazırdırlar. Putinin hakimiyyətdən getməsi qeyri–adi hadisə kimi sistem məsələsidir və bunun həlli yollarını həyata keçirmək mümkündür. Belə ki, Rusiya öz yaxın tarixində belə bir nümunəni artıq yaşayıb. 1999-cı ildə Boris Yeltsin ikinci prezidentlik dönəmi sona çatmadan hakimiyyəti buraxmışdı. Digər tərəfdən, yalnız Putinin könüllü surətdə hakimiyyətdən uzaqlaşmaq istəməsi, onun yaratdığı sistem və elita üçün müəyyən təminatlar verə bilər. Putin belə bir qərara ancaq öz yaxın adamları ilə birgə danışıq və razılaşmadan sonra gələ bilər. Bu isə hakimiyyətdən uzaqlaşan Putinin dəstəyini alan xələfin iştirak edəcəyi növbədənkənar seçki keçirilməsi anlamına gəlir.

Belə bir fiqurun meydana çıxmasının şərtləri bəllidir: Bu şəxs bir tərəfdən sistemi qoruyub saxlamağı bacarmaqla yanaşı, digər tərəfdən də Qərblə yeni dialoq yollarını da axtarmalıdır. Həmin namizəd əhalinin də qəbul edəcəyi təcrübəli rəhbər olmalıdır. O, həmçinin siyasi və iqtisadi elita üçün “Putin konsensusu”nun təminatçısı rolunu da oynamalıdır. Yeni fiqur, dünya liderlərinin gözündə nüvə düyməsini sistemli şəkildə “əlində saxlamağı” bacaran insan kimi də tanınmalıdır. Putinin ətrafında bu cür şəxslər kifayət qədərdir. Medvedyev və Seçin kimi fiqurların ətrafında konsensus yarana biləcəyini təsəvvür etmək çətindir. Lakin hakimiyyətin Sergey İvanov və ya Sergey Sobyaninə ötürülməsini ağılabatan saymaq olar. Aydın məsələdir ki, yeni namizəd, ”G-7” ölkələrinin rəhbərləri üçün də Putinlə müqayisədə daha çox qəbul edilən prezident təsiri bağışlayacaq.

Maraqlıdır ki, 2014-cü ilin payızından Mixail Xodorkovski Putinin vaxtından əvvəl prezidentlikdən gedəcəyi perespektivinə uyğun çıxışlar etməyə başlayıb. Onun sözlərinin bir çoxu ilk növbədə Putin elitasına və Qərbə ünvanlanıb. O, bildirib ki, bundan sonra Krımın Ukraynaya qaytarılması özbaşına - valyuntarist hərəkətlərlə deyil, sistemli həll yolu ilə həyata keçirilə bilər. Xodorkovski həmçinin deyir ki, Qərbin tətbiq etdiyi sanksiyalar effektsizdir və bütün bunların hamısı Rusiyaya ziyan gətirir. Xodorkovski tamamilə konkret addımlar atır. Məsələn, Xodorkovski özünü gələcək xələf qismində Putin elitasına “təklif” edir. Sanksiyalar barəsində söylədiyi fikirlər, Qərbdə yaxşı əlaqələrə malik olan Xodorkovskinin sanksiyalar məsələsini həll edə bilməsi barəsində Moskvaya göndərdiyi siqnaldır. Hazırda Xodorkovski özünü Putinin ətrafındakıların sakitcə çıxıb getməsinə təminat verə biləcək siyasətçi kimi aparır. Vaxtilə Putin də məhz bu cür hərəkət etmişdi və Yeltsinin ətrafının sakitcə uzaqlaşmasına və onların sonradan təqib olunmamalarına imkan yaratmışdı. Əlbəttə ki, təkcə Putinlə açıq qarşıdurmaya gedən Berozovskidən başqa. Əgər növbədənkənar seçkilər məsələsi ciddi şəkildə aktuallaşarsa, bu tip ritorika ilə İvanov və Sobyanin də çıxış edə bilərlər.

Putinin prezidentlikdən uzaqlaşması yalnız ölkədə geniş masştablı iqtisadi kollapsın qaçılmaz olduğu şərtlər daxilində mümkündür. Ona görə də hakimiyyət məsələsində müdafiə naziri Sergey Şoyqunun və Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun da mühüm rol oynayacaqları şübhəsizdir. Belə qərar öz təsir imkanları güclü olan, Kadırov və Tkaçyov kimi regional liderləri də qane etməlidir. Növbədənkənar seçkilər Putinin tərəfdarları və əleyhdarlarına açıq siyasi mübarizə aparmaq imkanı da tanımalıdır ki, qalib prezident Rusiyanı böhrandan qurtarmaq üçün lazım olan aktiv vasitələrin hamısını əldə etməyə müyəssər olsun. Bu isə bütün müxalif namizədlərin –Xodorkovskinin, Navalnının, Kudrinin seçkiyə buraxılması deməkdir. Hər necə olsa da, Putinin indiki dövrdə hakimiyyəti tərk etməsi Rusiya elitası üçün daha az təhlükəlidir. Ona görə ki, ümumi vəziyyətin iqtisadi kollaps şəraitinə yaxınlaşacağı 2016-2017–ci illərdəki prezident və parlament seçkiləri ərəfəsində bu addımın atılması riskə getmək istəməyən elitaya daha böyük zərbə vura bilər.

Mərkəzi Bankın 400 milyard dollar ehtiyyatına güvənən Putin, özünün riskli və təhlükəli oyunları ilə bu qaynağı iki il ərzində tükəndirəcək. Rusiya masştabındakı ölkə üçün effektli avtarkiya (hər cür istehlak və sənaye məhsulları ilə özünü təmin etmə) iqtisadiyyatı yaratmaq tam mənası ilə utopiyadır. Bəlkə “vaxtı uzadarıq”, ”Qərb hər necə olsa dözər” kimi düşüncələrə ümüd bəsləmək əbəsdir. 16 dekabr hadisəsi aydın formada sübut etdi ki, bu uzaqgörməz ümidlər üzərində qurulan siyasətin aqibəti necə olur.

Putinin yaxın ətrafı 15 il ərzində “iqtisadi mərkəzçilik” siyasəti əsasında Rusiya şirkətlərinin kapitallaşması ilə məşğul olaraq, iqtisadiyyatın bütün formalarını ümumdünya iqtisadi sisteminə doğru yönəldərək, toplanılan pulları təminatlı Qərb avuarlarına (banklarına) yığıblar. İndi bütün bu adamlar öz əvvəlki motivlərindən əl çəkərək, ”Rusiyanın özünəməxsus yolu uğrundakı müqəddəs müharibə”də özlərini fəda etməlidirlər. İdeologiya naminə həmin iqtisadi motivlərdən imtina etmək mümkündürmü? Əlbəttə, ancaq hakim elita üçün daha az faciəli yol, Putinin sistemli şəkildə vaxtından əvvəl getməsidir. Belə bir addımın atılması qətiyyən Qərb qarşısında “tərkisilah” olmaq mənasına gəlmir. Əksinə belə bir hərəkət Putinin yaratdığı hakimiyyət sistemi üçün real tərkisilah edilmək və geniş masştablı məhv olmaqdan yaxa qurtarmağa imkan verəcək.

“Open Democrasy”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar