Rafiq Tağı məzarı başında anıldı -red-word"> fotolar

Yazıçı-publisist Rafiq Tağının ölümündən 2 il ötür. O, 2011-ci noyabrın 19-u axşam saatlarında işdən evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan yazıçı noyabrın 23-də xəstəxanada keçinib.

Bu gün bir qrup yazar, jurnalistlər, eləcə də yazıçının ailə üzvləri mərhum yazıçını məzarı başında anıblar.

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.

Yazıçı ölümündən az əvvəl baş verənlərdə İran hakimiyyətini günahkar bilmişdi.

Rafiq Tağının ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Qətlin icraçıları və sifarişçiləri hələ ki tapılmayıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar