İlham Əliyev referenduma hazırlaşır

Rusiya ilə Avropa arasında "seçim etmək" məsuliyyəti xalqın üzərinə qoyulur

Azərbaycan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin layihəsi olan Avrasiya Ittifaqı ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirmək barədə düşünür. Bu barədə məlumatı redaksiyamıza iqtidardakı etibarlı mənbə verib. Mənbə bildirib ki, Ilham Əliyev hər iki tərəfin təzyiqlərindən yayınmaq üçün məsuliyyəti xalqın üzərinə qoymağa çalışır.

“Ilham Əliyev Avropa ilə əməkdaşlığa üstünlük verir. Lakin Rusiyanın təzyiqlərindən ehtiyat edir. Qarşıdan gələn ”Vilnüs sammiti"ndə iştirak barədə qərar var. Həmin sammitdə sadələşdirilmiş viza sisteminin tətbiqi ilə bağlı saziş imzalanması gözlənilir. Lakin Avropa Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əsas məsələ assosasiya və azad ticarətlə bağlı müqavilələrin imzalanmasıdır. Bu növbəti mərhələdə planlaşdırılır. Rusiya da məhz bu iki müqavilənin əleyhinə çıxır. Azərbaycan hakimiyyəti problemin həllini referendum keçirilməsində görür", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, referendum tərəfləri Avrasiya Ittifaqı və Avropa arasında xalqın seçim etdiyinə inandırmaqdır: “Referendum ideyası reallaşcaqsa, bu halda da təbii ki, nəticə hakimiyyətin iradəsindən asılı olacaq. Səsvermə sadəcə görüntü olacaq”.

Xatırladaq ki, Vladimir Putin Azərbaycanı Avrasiya Ittifaqına cəlb etmək üçün müxtəlif təzyiq metodlarından istifadə edir. Rusiyada miqrantlarla, xüsusilə azərbaycanlılarla bağlı baş verənlər də bu təzyiqin tərkib hissəsidir.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar