ARDNŞ kütləvi ixtisarlara başlayır- Hədəfdə fəhlələrdir

"Kütləvi işdənçıxarmalar hasilatın azalması ilə bağlıdır”

Dövlət Neft Şirkətində (ARDNŞ) kütləvi ixtisarların başlayacağı gözlənilir. Artıq işçilərin bir qrupuna bununla bağlı xəbərdarlıq edilib. Onlar arasında Qarabağ müharibəsi əlilləri də var. İşçilərin çoxuna öz ərizələri ilə işdən çıxmaq təklif edilir. Bu yöndə onlara təzyiqlər də var, məcburi ərizə yazdırılır. Bunun səbəbi isə ixtisarla bağlı xəbərlərin yayılmamasına cəhddir. Yəni ARDNŞ istəyir ki, işçilər öz ərizələri ilə şirkətdən uzaqlaşsınlar. Bu halda ona əlavə pul ödəməyə, həm də ixtisarın səbəbləri barədə izahat verməyə ehtiyac qalmır. Çünki işçi ixtisar olunarsa, ona bir neçə ayın məvacibi verilməlidir. ARDNŞ isə buna da getmək istəmir və bu səbəbdən işçinin öz ərizəsi ilə çıxmasına çalışır.

Əlillər deyirlər ki, onalrın işdən çıxarılmasının yolu isə əsassız olaraq tibbi müayinədən keçirmək istəyirlər. Bu zaman onların əməyə yararsız olduğunu “əsas” gətirərək ixtisara salmaq niyyəti güdürlər.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı «Bizim Yol»a bildirib ki, ixtisarlar başlayıb və davam edəcəyi labüddür: “Beynəlxalq Audit Şirkəti ARDNŞ-da yoxlama aparıb, məsləhətlər hazırlayıb, ştatda işçilərin sayının çox olduğunu deyiblər. Amma təəssüflər olsun ki, ixtisarda ən çox ziyan dəyən işçilər fəhlələrdir.

Dövlət Neft Şirkətində artıq strukturlar, idarələr var. Bu idarələr müstəqil fəaliyyət göstərməlidir, ARDNŞ-ın tabeliyindən çıxmalıdır, müqavilə əsasında əməkdaşlıq edilməlidir. Bu strukturlar Təhlükəsizlik İdarəsi, Nəqliyyat İdarəsi, Qazma İşləri idarəsidir. Bu idarələrin icra apartında işçilərin sayı çoxdur. Bu idarələr müstəil olarlarsa, ARDNŞ beynəlxalq şirkətlərin standarlarına uyğunlaşacaq və xərcləri azalacaq».

M.Qəhrəmanlının sözlərinə görə ixtisarlar pərakəndə şəkildə aparılır. «Gah təqaüdçülərə ərizə yazdırırlar, gah işçiləri əsassız olaraq tibbi müayinədən, attestasiyadan keçirirlər. Sağlamlığına görə işçiləri işdən çıxarmağa ARDNŞ-ın ixtiyarı yoxdur, belə hal varsa, bizə müraciət edə bilərlər. “Azərkimya”da artıq ixtisarlar başlayıblar. Kütləvi işdənçıxarmalar hasilatın azalması ilə bağlıdır”.

Qeyd edək ki, ARDNŞ-dan münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bu gün əlaqə saxlayıb mövqelərini dərc etməyə çalışacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar