“PUTİNİN QƏRİBƏLİKLƏRİ” – 23 saray, 13 qol saatı, 40 milyard...

Keçmiş kommunist və KQB əməkdaşı Putinin xarakterində bir çox qəribəliklər var. Onun birinci qəribəliyi kimi Rus Pravoslav Kilsəsi ilə strateji münasibət qurmasını göstərmək olar. Pravoslav Kilsəsi doxsanıncı illərdə Putinin Leninqrad vilayətindəki daçasında baş verən yanğından sağ-salamat qurtarmasını İlahi bir əlamət kimi qiymətləndirir. Hal-hazırda Putin, Pravoslav Kilsəsinin bütün daşınmaz əmlaklarının və digər maddi varlıqlarının təminatçısı rolunda çıxış edir. Əlavə olaraq Rusiya prezidenti Krım müharibəsini maliyyələşdirən pravoslav milyarder və mütəfəkkirlərlə də çox sıx bağlantılar qurub.

Putinin ikinci qəribəliyi isə onun bahalı qol saatlarına olan hədsiz marağıdır. Uzun müddət ərzində Putin özünün qol saatını açıq şəkildə nümayiş etdirməyi xoşlayardı. Lakin 2012-ci ildə müxalifət foto şəkillər əsasında belə bir hesablama aparmışdı ki, Putinin taxdığı qol saatının qiyməti 550 min avro dəyərindədir. Məhz elə bundan sonra Putin uzunqollu köynək geyinməyə, saatını gizlətməyə başladı. Etibarlı mənbələrdən əldə olunan məlumatlara görə, Putin İsveçrənin ən bahalı saat firmalarından olan “Audemars Piguet”ın 268 min avro dəyirindəki qol saatını da taxır. Onun yaxın ətrafının bildirdiyinə görə, Putinin 13 ədəd bahalı eksklüziv saatdan ibarət kolleksiyası var.

Rusiya prezidentinin üçüncü qəribə xüsusiyyəti isə onun var-dövlət həvəskarı olmasıdır. Deyəsən Putin, sanki alman xalqının Rumpelştriçxen adlanan nağıl qəhramanı kimi saman çöpünü qızıla çevirə bilir. Yoxsa Putin başqa cür rəsmi illik 145 min avroluq məvacibi ilə hədsiz böyük var-dövlətə necə yiyələnib? Qərb xüsusi xidmət orqanlarının məlumatlarına görə, Putin hakimiyyəti dövründa 40 milyard dollardan artıq pul toplayıb. Belə bir nəhəng maliyyə imkanı ilə yanaşı Putin həmçinin xeyli sayda bahalı daşınmaz əmlakların da sahibi hesab olunur. Düzdür, rəsmi olaraq həmin mülklərin sahibi Putin yox, ona yaxın olan başqa şəxslərdir. Təsdiq edilməyən hesablamalara görə, Rusiya prezidentinin ixtiyarında 23 ədəd saray, xeyli sayda iqamətgah, villa və digər komplekslər var. Başqa şəxslərin adları altında Putin, Qara dəniz sahilləri və Moskva şəhəri də daxil olmaqla, ölkənin bir çox yerlərindəkı daşınmaz əmlaklara sahiblik edir.

İndi Putinin ixtiyarında 20 dövlət yaxtası ilə bərabər, özünün də böyük bir şəxsi yaxtası da var. Həmin yaxta Putinin xammal məhsulları satışı və telekommunikasiya sektoru üzrə oliqarx dostunun adına qeyd olunub. Amma bütün bu deyilənlərə baxmayaraq, prezident Putin yemək məsələsində daha çox sadə rus mətbəxinə üstünlük verir...

(“Bild”)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar