AZƏRBAYCANDAN ABŞ RƏSMİLƏRİNƏ VERİLƏN HƏDİYYƏLƏR - SİYAHI

Hakimiyyət Vaşinqona nə qədər kürü göndərib?

ABŞ Dövlət Departamentinin Protokol İdarəsinin rəisi 2012-ci ildə xarici ölkələrdən ABŞ hökuməti liderlərinə verilmiş hədiyyələr haqqında məlumat açıqlayıb. Avqustun 30-da açıqlanmış rəsmi məlumatda Azərbaycan rəsmilərinin də verdikləri hədiyyələr, onların dəyəri və hazırda saxlandıqları yer haqqında informasiya verilir.

ABŞ Qanunlarına görə dövlər məmuru qiyməti 20 dollardan yuxarı olan hədiyyə qədul edə bilməz. Və eyni zamanda il ərzində eyni adamdan aldığı hədiyyələrin miqdarı 50 dolları keçə bilməz.

Amma reallıqda ABŞ dövlət rəsmilərinin xarici ölıkələrə səfərləri zamanı onlara qiymətli hədiyyələr verilib. Dövlət məmurları həmin hədiyyələri onu təqdim edənə geri qaytarmağın kobud davranış ola biləcəyini qeyd edərək qəbul edirlər. Lakin sonradan mütləq onları ABŞ hökumətinin yaratdığı xüsusi hədiyyələr idarəsinə təhvil verməlidir. Bu hədiyyələr isə ya Milli Arxiv İdarəsinə, ya da xidməti istifadə üçün başqa istiqamətlərə yönəldir.

AZƏRBAYCANDAN VERİLƏN HƏDİYYƏLƏR

Azadlıq Radiosunun məlumatına görə, Azərbaycandan ABŞ hökumətinin təmsilçilərinə aşağıdakı hədiyyələr verilib:

1. Səfir Elin Süleymanov tərəfindən 13 yanvar 2012-ci ildə prezident Barak Obamaya “Sehrli ilmələr” adlı 1.3x1 ölçüdə yun xalça həmçının mavi, bənövşəyi və narıncı ipək şal hədiyyə olunub. Qiyməti 405 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Milli Arxivlər İdarəsində saxlanılır.

2. Səfir Elin Süleymanov tərəfindən Prezident Barak Obama və xanımı Mişel Obamaya 20 dekabr 2012-ci ildə səkkizgüşəli, çox rəngli kiçik xalça, həmçinin əl işi olan və qızıl suyuna çəkilmiş büllur bardaq hədiyyə olunub. Qiyməti 1450 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Milli Arxivlər İdarəsində saxlanılır.

3. Prezident İlham Əliyev tərəfindən 6 iyun 2012-ci ildə həmin vaxt ABŞ-ın dövlət katibi olan Hillari Klintona 1.5x1 metr ölçüdə “Qarabağ, Şuşa” adlı xalça, həmçinin ğümüş və qızıl suyuna çəkilmiş iki dəst fincan və nəlbəki və birdə . “Azərbaycan – tolerantlıq məkanı" adlı kitab hədiyyə olunub. Qiyməti 420 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Milli Arxivlər İdarəsində saxlanılır.

4. Prezident İlham Əliyev tərəfindən iyun 2012-ci ildə həmin vaxt ABŞ-ın dövlət katibi olan Hillari Klintona xanım Klintonun qızıl çərçivəyə salınmış 0.8x.06 metr ölçüdə rəsmi hədiyyə olunub. Qiyməti 500 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Ümumi Xidmətlər İdarəsində saxlanılır.

5. Azərbaycanın ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012-ci ildə həmin vaxt ABŞ-ın dövlət katibi olan Hillari Klintona Qara kürü hədiyyə edib. Qiyməti 500 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Ümumi Xidmətlər İdarəsində saxlanılır.

6. Azərbaycanın ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012-ci ildə həmin vaxt Dövlət Katibinin yardımçısı olan Philip Gordona Qara kürü hədiyyə edib. Qiyməti 500 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Ümumi Xidmətlər İdarəsində saxlanılır.

7. Azərbaycanın ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012-ci ildə həmin vaxt Dövlət Departamen­tinin sözçüsü olan Victopria Nulanda Qara kürü hədiyyə edib. Qiyməti 500 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Ümumi Xidmətlər İdarəsində saxlanılır.

8. Prezident İlham Əliyev tərəfindən 20 may 2012-ci ildə ABŞ prezidenti Barak Obamaya “Azərbaycan”, “Azərbaycan – tolerantlıq məkanı”, “Qara­bağ qrupundan Azər baycan xalçaları” adlı kitablar. həmçinin gümüşlə işlənmiş 6 fincan hədiyyə olunub. Qiyməti 553 ABŞ dolları dəyərləndirilən həmin hədiyyə hazırda Milli Arxivlər İdarəsində saxlanılır

Dövlət Departamentinin Protokol İdarəsindən yayılan rəsmi məlumatda ABŞ rəsmilərinin keçən il ərzində aldıqları hədiyyələr sırasında qiyməti bir neçə yüz dollar olan kiçik hədiyyələrdən tutumuş 10 000 dollara qədər dəyəri olan əşyalar da var.

Məsələn, Səudiyyə Ərəbistanın Müdafiə naziri Salman bin Abdulaziz Al Saud keçən il ABŞ-ın Müdafiə naziri Leon E. Panetta-ya qiyməti 7 600 dollar olan dəvə və palma ağacı fiquru verib.

İrlandiya hökumətinin rəhbəri Enda Kenny-nin ABŞ prezidenti Barack Obamaya bağışladığı büllur qab və heykəlciyin də qiyməti təxminən 7,246 dollar olub.

ERMƏNİSTANDAN ABŞ RƏSMİLƏRİNƏ NƏLƏR VERİLİB?

Siyahıda Ermənistandan verilən hədiyyələr haqqında da məlumatlar var.

Məsələn, 2012-ci 2012-ci ilin dekabrında Ermənistanın Baş naziri Tigran Sargsyan Ağ Evin əməkdaşına qiyməti təxminən 1 000 dollar olan qızıl sikkələr verib.

Xarici İşlər naziri Eduard Nalbandyan isə həmkarı Hillari Klintona qiyməti təxminən 520 dollar olan şərf, sırğa, qolbaq və sancaq dəsti hədiyyə edib. Baş nazir Sargsyan isə xanım Clinton-a qiyməti 2 200 dollar olan “Muş vaizi” adlı heykəlcik təqdim edib.

Sargsyan ABŞ-ın Müdafiə naziri Leon Panetta-ya da 2 100 dollar dəyəri olan qədəh hədiyyə edib.

DİK CEYNİ VƏ XANIMININ BAKIDA ALDIĞI HƏDİYYƏLƏR

Dövlət Departamentinin məlumatında əvvəlki illərdə alınmış hədiyyətlə haqqında da məlumat var. Bu informasiyalar içərisində ABŞ-ın keçmiş vitse-prezidenti Dick Cheney-in 2008-ci ildə aldığı bahalı hədiyyələr diqqət çəkir.

Məsələn, vitse-prezidentin qızı Elizabeth Ceyni 2008-ci ilin martında Səudiyyə Ərəbistanı kralından qiyməti 85 000 dollar olan, brilyant və yaqutdan hazırlanmış zinət əşyaları qəbul edib. Həmin vaxt kral ABŞ-ın vitse-prezidentinin xanımı Lynne Ceyni də qiymət 65 000 dollar olan zinət əşyaları hədiyyə edib.

Dik Ceyni 2008-ci ildə Azərbsaycandan da xeyli hədiyyələr alıb. Əsasən prezident İlham Əliyevin təqdim etdiyi həmin əşyaların siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008-ci ildə həmin vaxt ABŞ-ın vitse-prezidenti olan Dik Ceyniyə 10 banka nərə kürüsü, Tovuz konyakı, bir qutu nar, 10 qutu nar şirəsi hədiyyə edib. Onların ümumi dəyəri 2718 dollar qiymətləndirilib.

2. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008-ci ildə həmin vaxt ABŞ-ın vitse-prezidenti olan Dik Ceyniyə Əl işi olan ipək xalça hədiyyə edib. Onun dəyəri 6 800 dollar qiymətləndirilib.

3. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008-ci ildə həmin vaxt ABŞ-ın vitse-prezidenti olan Dik Ceyninin xanımına qızıl və gümüş dəstəyi olan 6 fincan, üstü naxışlı qlbaq, naxışlı gümüş kəmər hədiyyə edib. Onların ümumi dəyəri 620 dollar qiymətləndirilib.

4. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008-ci ildə həmin vaxt ABŞ-ın vitse-prezidenti olan Dik Ceyninin xanımına Quru meyvə və cem hədiyyə edib. Onların ümumi dəyəri 120 dollar qiymətləndirilib.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar