PUTİNƏ DAHA BİR SARSIDICI ZƏRBƏ - Müqavilələrin şərtləri dəyişir

Rusiya prezidentinin problemləri sırasına təbii qazın qiyməti də əlavə olunur

“Qazprom” şirkətinin uzunmüddətli qaz müqavilələrində nəzərdə tutduğu qiymətlər, neftin dünya bazarındakı qiymətinin enməsi ilə əlaqədar aşağı düşəcək. Deməli, Rusiya iqtisadiyyatına neqativ təsir göstərən neft qiyməti ilə yanaşı 2015- ci ildə Vladimir Putin qazın qiymətinin enməsi problemi ilə də üzləşəcək. Bu barədə "Bloomberg" məlumat verir.

Əldə olunan məlumatlara görə, Avropa qaz bazarındakı qiymətlər 13% aşağıya düşəcək və 2010-cu ilin müvafiq səviyyəsinə uyğun gələcək. Bunun səbəblərindən biri də sıxılmış qaz istehsal edən ölkələrin öz istehsal güclərini artırmaları ilə bağlıdır. Belə olan halda Rusiya Avropaya qaz ixracı məsələsində çox ciddi rəqabətlə qarşılaşacaq.

“Qazprom” satdığı qazın qiymətini “Brent” markalı neftin dünya bazarındakı qiymətinə uyğun şəkildə müəyyənləşdirir. Hazırda “Brent” nefti illik yanaşmada 48% dəyər itirib. Lakin qazın qiymətinin neft qiymətinin dinamikasına uyğun şəkildə tənzimlənməsi müddətində həmişə adətən gecikmələr olur. Yəni qazın satış qiymətinə yenidən baxış 6-9 aya qədər yubanır. ”Citigroup” analitiklərinin gəldikləri qənaətə görə, Rusiyanın bağladığı qaz müqavilələrindəki qiymətlərə aprel ayında yenidən baxılacaq. ”Bank of Amerika”-nın məlumatına əsasən, sıxılmış qazın qlobal istehsalındakı hazırkı artış səviyyəsi 5% təşkil edir. 2011-ci ilin mart ayında Yaponiyanın Fukisimo AES-ində baş verən qəzadan sonra Avropaya ixrac edilən qazın həcmi azalmışdı. Çünkü həmin qəzadan sonra sıxılmış qazın dünyadakı ən böyük alıcısı olan Yaponiyanın mavi yanacağın bu növünə olan təlabatı xeyli artmışdı. Amma indi Asiyada sıxılmış qaza olan təabat azalmağa, Avropada isə artmağa başlayıb. 2015-ci ildə sıxılmış qaz idxalının Avropada 18% artacağı gözlənilir.

Rusiyanın ümumi ixrac gəlirlərinin 14% qaz satışından əldə edilir. Ekspertlərin fikrinə görə, əgər vəziyyət bu cür davam edərsə “Qazprom” il ərzində milyardlarla dollar pul itirəcək. Bundan başqa onu da qeyd etmək lazımdır ki, Avropa Birliyində qaz istehlakı artıq dörd ildir ki, stabil olaraq azalır və 2014-cü il üçün bu göstərici 9%-ə bərabər olub. Maliyyə resursları və eneji təlabatı üzrə “Marex Spectron ” şirkətinin baş təhqiqatçısı Georgiy Slavov bu məsələ ilə əlaqədar olaraq bildirib: "Hazırda Rusiya öz qazına olan təlabatın üçqat neqativ effekti ilə qarşılaşıb. Birincisi, Avropa ölkələrinin əksəriyyəti daha çox effektli alternativ enerji mənbələrinə tərəf yönəlirlər. İkincisi, nisbətən zəif iqtisadi konyukturada qaza olan təlabat da azalır. Ücüncüsü isə bir çox Avropa ölkəsi geosiyasi baxımdan Rusiya qazından imtina məqsədi ilə öz qaz idxalı məsələsində diversifikasiyaya getmək arzusunu həyata keçirməyə balayıb.”

“Eurasia Group”un fikrinə görə isə, 2014-cü ildə rublun məzənnəsini müdafiə etmək üçün 80 milyard dollardan artıq pul xərcləyən Rusiya, yəqin ki, qiymətləri aşağı salmaqla Avropa qaz bazarındakı payını saxlamağa cəhd göstərəcək. Hərçənd ki, neftlə müqayisədə qazdan gələn gəlirlər daha azdır, ancaq buna baxmayaraq, iqtisadi geriləmə şəraitində istənilən gəlirin azalması böyük əhəmiyyət kəsb edir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar