Cəmil Həsənlinin sənədləri MSK-ya təqdim olundu

Milli Şura imzatoplama kampansiyasını yekunlaşdırdı

Sentyabrın 7-də Milli Şura prezidentliyə namizəd, professor Cəmil Həsənli üçün imza toplama kampaniyasını yekunlaşdırıb. Milli Şuranın seçki qərargahının ekspertləri imza vərəqələrini son olaraq gözdən keçiriblər.

Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası müvəffəqiyyətlə başa çatıb. Onun sözlərinə görə, Müsavat və AXCP-nin rayon təşkilatlarına paylanana imza vərəqələri doldurularaq seçgi qərargahına daxil olub: “Bundan sonra texniki məsələlər qalmışdı ki, o da çox qısa vaxt aldı. Dairələrdən daxil olan vərəqələr qovluqlara yığılaraq və imzaların sayı dəqiq qeyd olundu. Namizədin əmlak və maliyyə məsələləri ilə bağlı sənədləri də hazırlandı. Daha sonra namizədin bütün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olundu”.

G.Aslanlı qeyd etdi ki, fövqəladə hal olmasa işlər planlaşdırıldığı kimi gedəcək: “Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyinin qeydə alınmaması üçün heç bir hüquqi fakt ortada yoxdur”.

Milli Şuranın AXCP seçki mərkəzində də işlər yekunlaşdırılmışdı. İmza vərəqlərinin ekspert qurpu tərəfindən yoxlanması uğurla başa çatmışdı. Bu barədə “Yeni Müsavat”a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verdi. Onun sözlərinə görə, AXCP üzərinə düşən 21250 imzanı toplayıb: “Onların içərisində çox az sayda etibarsız imza var. Bizim rayon şöbələrindəki sosial bazamız çox güclüdür. Onlar imzatoplama kampaniyasında çox fədakarcasına iştirak etdilər. Bütün imzalar Seçki Məcəlləsinin tələbinə uyğun olaraq toplanıb. Verilən imzaların hər birinin arxasında bir seçici durur. Yerlərdə insanlar Milli Şuranın namizədinə çox həvəslə imza veriblər. Hesab edirəm ki, Milli Şuranın seçki qərargahı olaraq biz bu işin öhdəsindən çox gözəl gəldik. Mərkəzi Seçki Komissiyası (MSK) ilk dəfə bu qədər keyfiyyətli imzatoplama kampaniyası görəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar