RUSİYA SUALTI QAYIQLARI BRİTANİYANI TƏHDİD EDİR! - London ABŞ-dan kömək istədi

Böyük Britaniya ABŞ-dan bütün Şotlandiya sahilləri boyunca qeydə alınan xarici sualtı qayıqların təqib olunaraq izlənməsini xahiş edib. Bu barədə "The İndependent" məlumat verir.

Ekspertlər şübhə etmirlər ki, burada söhbət ABŞ sahilləri və Şimali Atlantika boyunca üzən Rusiya sualtı qayıqlarının izlənməsindən gedir. Britaniya mətbuatının məlumatına görə, Rusiya sualtı qayıqları Şotlandiyanın qərb və şimal sahillərinə çox tez-tez təşrif buyururlar.

Analitiklərin fikrincə, Böyük Britaniyanın müdafiə sistemində çatlaqların əmələ gəlməsi səbəbindən onlar kömək üçün ABŞ-a müraciət etmək məcbiriyyətində qalıblar. Bu məqsədlə həmin regiona “23 Somerset” tipindən olan bir neçə freqat göndərilib və amerikanlar isə əlavə olaraq “P-3 Orion” patrul təyyarələri yollayıblar. Şahidlərin bildirdiyinə görə, həmin təyyarələr 1 yanvar tarixindən Lossimut bazasına eniş etməyə başlayıblar. Hal-hazırda həmin patrul təyyarələri Böyük Britaniya müdafiə sistemindəki boşluqları doldururlar. 2010-cu ildə Britaniya eskadrasının çoxməqsədli turboreaktiv ”Nimrod” patrul təyyarələri ilə təchiz olunması proqramından imtina etməsi onların müdafiə sistemindəki çatışmamazlıqlarını açıq formada üzə çıxarıb. Nəzərdə tutulan plana görə Britaniya eskadrasındakı mövcud “Nimrod MRA2” təyyarələrinin yerini daha təkmil və müasir “Nimrod MRA4” təyyarələri tutmalı idi. Lakin yeni proqram həm 9 il yubandığına və həm də ki, öz büdcəsini 789 milyon sterlinq üstələdiyinə görə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Məsələ ilə əlaqədar B.Britaniya Hesablama Palatası bildirib ki, bu tip təyyarələrdən imtina olunması ölkənin strateji nüvə müdafiə sistemlərinə neqativ təsir göstərir. Ancaq bütün bunlara bxmayaraq, hökumət öz qərarını dəyişməyib. Şotlandiya milli partiyasının müdafiə məsələləri üzrə nümayəndəsi Anqus Robertsen bildirib ki, ABŞ təyyarələrinin bu işə cəlb edilməsi B.Britaniyanın müdafiə sistemindəki vəziyyətin "dilənçilik həddinə qədər" yuvarlanmasının sübutudur.

Monterrey Beynəlxalq araşdırmalar institutunun nüvə silahları üzrə eksperti Cefri Lyuis məsələ ilə əlaqədar bidirib: ”Mən tam əminəm ki, ABŞ-ın şərq sahilləri və B.Britaniya sərhədləri boyunca Rusiyanın qanadlı raketlər daşıyan torpedo sualtı qayıqları üzür. Ruslar NATO –ya təhlükə törətməyə cəhd göstərirlər, NATO isə cavab tədbiri olaraq nümayış etdirir ki, biz sizi izləyirik. Əgər ruslar həqiqi mənada nə isə həyata keçirmək qərarına gəlsələr, onda biz onların bu istəklərini məhv etməyə hazırıq”.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar