ABŞ nümayəndə heyəti Azərbaycana buraxılmadı

"Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib"

ABŞ nümayəndə heyətinin Azərbaycan səfəri ləğv olunub. Bunu AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər: «Azərbaycan hökuməti oktyabrın 9-u prezident seçkisinə qədər bu səfərin təxirə salınmasını istəyib. Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib».

Məlumatda daha sonra deyilir:«ABŞ səfirliyi Azərbaycanda seçkiqabağı vəziyyəti yaxından müşahidə etməkdə davam edir və insanların iradəsini əks etdirən azad, ədalətli seçki prosesi keçirməyə çağırır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar