"AZƏRBAYCAN İKİNCİ ƏN PİS İCRAÇIDIR" - Avropaya İnteqrasiya İndeksi açıqlanıb

Aİ-nin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində 2013-cü il üçün Avropaya İnteqrasiya İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Renessans Fondu və Avropa Siyasəti Açıq Cəmiyyət İnstitutu Forumun Açıq Cəmiyyət və Vətəndaş Cəmiyyəti Fondu ilə birgə hazırlayıb.

Avropa Ittifaqının və onun şərq qonşularının – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın liderləri münasibətlərin yaxınlığını qiymətləndirmək üçün Vilnüsdə toplaşacaqlar, deyə hesabatda bildirilir. Aİ-nin islahat reseptlərinə əməl edən ölkələrə Aİ ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya təklif ediləcək, tələblərə cavab verməyənlərlə məsafə saxlanacaq. Gözlənildiyinə görə, Gürcüstanla Moldova Aİ ilə münasibətlərini yeniləyəcək.

Aİ yenilənmə üzrə stimullar təklif etsə də, bir sıra ölkələrdə islahatlar keçirmək mümkün olub, amma digərləri buna nail olmayıblar. Aİ qonşularının demokratikləşməsi işini necə yaxşılaşdıra bilər?

Aİ istiqamətində hərəkət edən 6 ölkənin trayektoriyaları çox qeyri-bərabərdir. Ölkələr islahatlara və səmərəliliyə müxtəlif sədaqət səviyyəsi nümayiş etdirir. Maraqlıdır ki, 2013-cü ildə Şərq Tərəfdaşlığı üçün Avropaya İnteqrasiya İndeksi bir sıra istisnalarla bu ölkələrin hamısının müsbət irəliləyişini qeydə alıb..

· Moldova islahatları həyata keçirməkdə liderdir və Aİ standartlarına ən yaxındır.

· Gürcüstan ikinci yaxşı oyunçudur və son ildə demokratik islahatlarda daha çox irəliləyişə nail olub.

· Ukrayna üçüncüdür və Aİ ilə əlaqələrini sistemli münasibətlərə çevirə bilmir.

· Ermənistan Ukraynaya çatıb və ötən il bir çox sahələrdə yaxşı tərəqqi nümayiş etdirib.

· Azərbaycan ikinci ən pis icraçıdır, Aİ ilə siyasi və iqtisadi əlaqələri yaxşılaşdırıb, amma Aİ standartlarına çatmaqda tərəqqi nümayiş etdirmir.

· Belarus Avropa dəyərləri və standartlarına əməl etməkdə Aİ-dən uzaqdır.

Tərəqqi 5 il əvvəl Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürüləndə gözləniləndən aşağıdır. Hakim elitaların siyasi iradəsinin yetərincə olmaması vacib islahatlara əngəldir.

"Demokratiyanın dərinlik və davamlılıq" indeksinin ölçüsü göstərir ki, Moldova, Gürcüstan və Ermənistan son iki ildə daha çox tərəqqiyə nail olub. Bu ölkələr sonrakı uğurları təşviq etmək üçün əlavə vəsaitlər alıb. Ukraynada demokratiyanın keyfiyyətində dəyişiklik olmayıb. Azərbaycanda vəziyyət pisləşib, bu isə ölkəni siyasi yadfikirlilər üzərində cəza məsələsində Belarusa oxşadır.

Yenilişmələri təşviq məqsədilə Aİ bütün tərəfdaş ölkələrə eyni stimulları verir: Aİ ilə siyasi birlik, Aİ bazarına Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) vasitəsi ilə geniş çıxış, sadə viza rejimi ilə sosial əlaqələrin yaxınlaşması.

Müsbət dəyişikliklərdə Aİ müəyyən uğurlar qazanıb, yoxsa yerli siyasətçiləri cəlb etməzdi. Moldova antidiskriminasiya qanunvericiliyi qəbul edib, Ukrayna işgəncələrə qarşı milli preventiv mexanizm yaradıb. Aİ və ATƏT tərəfindən Gürcüstan və Ermənistanda seçkilərə ciddi nəzarət seçki kampaniyası zamanı namizədlərin KİV-ə çıxışını yaxşılaşdırıb. Amma Aİ-nin tənqidləri Ukrayna və Belarus hakimiyyətinə seçkilərdə manipulyasiya etməkdə, Azərbaycanda jurnalistlər, blogerlər, siyasi rəqibləri həbs etməkdə mane olmayıb.

Beləliklə, niyə bir sıra ölkələrdə tərəqqi olub, digərləri Aİ rıçaqlarına meyl etməyib? Aİ-nin islahatları daxili amillərdən asılıdır. Rejimin sağ qalmağı hədəfə alınan ölkələrdə (​​Belarus, Azərbaycan, müəyyən qədər Ukrayna) Aİ-nin siyasi və iqtisadi cəlb edilmə təklifi yetərli stimul kimi çıxış etmir.

Vilnüs sammiti Şərqi Avropa ölkələrinin trayektoriyasını Avropaya inteqrasiya istiqamətində möhkəmləndirə bilmir. Aİ assosiasiya və Dərin və Hərtərəfli Azad Ticarət Sazişini ən azı dörd ölkə ilə ona görə bağlamaq istəyir ki, sammitdən sonra bir neçə ilə onları ciddi normativ bərabərləşmə prosesinə cəlb edə bilsin. Sammitin sonunda yalnız Moldova və Gürcüstan belə sazişləri paraflayacaq, 2014-cü ilin payızında isə imzalayacaq.

Aİ ilə ticarət sazişinin bağlanmasına Rusiyanın onları Gömrük və Avrasiya İttifaqına cəlb etmək cəhdləri əngəl olub. Təəssüf ki, Ermənistan prezidenti ilk olaraq Rusiyanın təzyiqi qarşısında əyildi. O, DCFTA üzrə Aİ ilə danışıqlar başa çatan kimi Rusiyanın layihəsinə daxil olacağını bildirdi. Ukrayna hökuməti ondan örnək götürüb Aİ-nin Vilnüsdə assosiasiya sazişi bağlamaq təklifini rədd etdi. O, milli təhlükəsizlik mülahizələri və Rusiya ilə ticari əlaqələrin bərpası zərurətini əsas səbəb kimi göstərdi.

Vilnüs sammitində çox az uğur gözlənilr. Aİ sammitdən sonra regiona yanaşmasına yenidən baxmalıdır. Aİ öz dəyişdirici gücünü artıracaq ki, Şərq Tərəfdaşlığının üzvü olan ölkələr ən güclü dəyişdirici alətdən – ölkənin qoşulması perspektivindən istifadə etsin.

Aİ-nin hər ölkəyə ayrıca yanaşması olmalı, bu ölkələrin ambisiyalarını, Aİ-yə uyğuşma potensialını nəzərə alaraq perspektiv və təsdiq edilmiş islahat siyahısı təklif etməlidir. Bu yanaşma Aİ-nin qonşuluq siyasəti əsasında məhsuldarlıq əmsalını gücləndirə bilər.

Eyni zamanda, Şərqi Avropa ölkələrində islahatçı hökumətlər Aİ daxilində tərəfdarlarının köməyi ilə Aİ-yə mümkün üzvlük üçün yaxşı işləməlidirlər. Açıq Cəmiyyət Fondları və onun tərəfdaşları yaxın illərdə hər bir ölkənin addımlarını və trayektoriyasını izləməkdə davam edəcək.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar