VLADİMİRƏ ZƏRBƏ VƏ DAHA 5 GİZLİ SÖVDƏLƏŞMƏLƏR NƏZƏRİYYƏSİ - Nefti kim və niyə ucuzlaşdırır?

Heç kim neftin qiymətinin kəskin aşağı düşməsinin arxasında Səudiyyə Ərəbistanının durmasını inkar etmir. Dünya “gizli sövdələşmələr nəzəriyyəsi”nə heyrandır. Bu nəzəriyyəni mütləq formada irəliyə sürənlər bizim paranoyaya olan meyilli tərəflərimizə incə yanaşaraq, belə bir şübhə yaradırlar ki, gizli güclər bizim bütün zənginliyimizi, xöşbəxtliyimizi və hətta həyatımızı əlimizdən almaq istəyirlər.

Konspirologiya (gizlilik) nəzəriyyəsi çox mürəkkəb və dərin prosesləri sadələşdirməklə məşğuldur və onların həqiqət və ya yalan olmasını sübut etmək isə mümkün deyil. Belə nəzəriyyələrdə həmişə müəyyən qədər həqiqətlər olur və məhz elə bu səbəblərdən də onlar uzun müddətdir ki, yaşayırlar.

Neftin qiymətinin kəskin şəkildə aşağı enməsinin başlıca səbəbinin gizli sövdələşmələr olduğunu təkcə konspiroloqlar söyləmirlər. İran prezidenti Həsən Ruhanı də neft qiymətinin aşağı düşməsinin siyasi motivlərlə bağlı olmasını bildirmişdi. O deyib ki, neftin qiymətinin aşağı salınması regionun maraqlarına və müsəlman dünyasına qarşı yönəlmiş bir addımdır. Buna oxşar sözləri Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Nikolas Maduro da söyləyib.

Neftin qiymətinin aşağı düşməsi ilə bağlı əsasən altı “gizli sövdələşmələr nəzəriyyəsi” daha aktualdır.

Birinci versiya - Rusiyaya zərbə vurmaq!

Səudiyyə Ərəbistanı OPEK-ə nəzarət edir. Amma Rusiya bu bloka daxil olmadığından, Ər-Riyada əhəmiyyət verməyərək, səudiyyəlilərin neft bazarındakı payını oğurlayır. Onlar bunu əsas etibarı ilə neftə olan tələbin yüksəlişə keçdiyi Çin bazarında həyata keçirirlər. Səudiyyə Ərəbistanında neftin çıxarılmasına çəkilən məsrəflər Rusiya ilə müqayisədə xeyli azdır və elə ona görə də, onlar qiymətləri aşağı endirməklə Rusiyanı cəzalandırırlar. Əgər bu versiyaya inansaq, onda belə çıxır ki, səudiyəlilərin bazar payını yalnız Rusiya oğurlayırmış. Ancaq əslində bu məsələdə OPEK-ə daxil olmayan bir çox ölkə günahkardır və onların arasında Kanada da var.

İkinci versiya - Vladimirə zərbə vurmaq!

Bu versiyaya görə səudiyyəlilər bazardakı neft hasilatı məsələsinə görə deyil, Bəşər Əsədə yardım etdiyinə görə Putinə zərbə vurmaq məqsədi ilə amerkanlarla birləşiblər.

Üçüncü versiya - Səudiyyə Ərəbistanının İrana qarşı olan qəzəbi

Bu iki ölkə Yaxın Şərq bölgəsində bir-birlərinin rəqibidirlər və 1979-cu il İrandakı İslam inqilabından sonra səudiyyəlilər amerikanların sevimlisinə çevriliblər. Konspiroloqların fikrinə görə, Ər-Riyad, İranın öz nüvə proqramı məsələsində Qərblə razılığa gəlməsindən sonra amerikanlarla dostlaşacağından bərk ehtiyat edirlər. Səudiyyəlilər bilir ki, öz büdcəsini balanslaşdırmaq üçün neftin qiymətinin yüksək olması İrana sərf edir. Elə buna görə də, neftin qiymətinin minumum həddə qədər aşağı salınmasına çalışırlar. Ancaq iş orasındadır ki, aşağı neft qiyməti İranın Qərblə nüvə proqramı məsələsində razılaşmasını sürətləndirə bilər və nəticədə də bu ölkəyə qarşı qoyulan sanksiyalar aradan qalxar.

Dördüncü versiya - Kanadanın neft bazarındakı rolu zərbə cəhdi

Kanada ABŞ-a gün ərzində nəhəng həcmdə - 2,5 milyon barel neft nəql edir. Kanada tərəfindən səudiyyəlilərə zərbə vurmaq məqsədi ilə bu həcm artırıla da bilər. Deməli, buradakı hücumlar qarşılıqlıdır və gizli sövdələşmələr nəzəriyyəsinə görə səudiyyəlilər də konkret olaraq Kanadaya zərbə vururlar. Amma artan şist qazı istehsalına görə əsl günahkarın ABŞ olduğunu hamı yaxşı bilir. Səudiyyə Ərəbistanın aşağı neft qiymətlərindən istifadə etməklə amerikanların şıst nef və qaz istehsalına zərbə zurmaq istəyini gizli sövdələşmələr nəzəriyyəsi yox, yəqin ki, həqiqət hesab etmək də olar.

Beşinci versiya - Səudiyyə Ərəbistanının öz iqtisadiyyatı ilə bağlıdır

Bu versiyaya görə, xeyli müddət əvvəl səudiyyəlilər neftdən asılı olan iqtisadiyyatlarını diversifikasiya (şaxələndirmək) etmək üçün böyük neftayırma zavodları tikmək qərarına gəliblər və indi həmin zavodlara neft lazımdır. Əgər həmin neftayırma müəssisələrinə neft lazımdırsa deməli, hasilatın böyük bir hissəsi oraya yönləndiriləcək və ixracat azalacaq. Əgər ixracat azalırsa dünya bazarındakı pay və buna müvafiq olaraq da beynəlxalq arenadakı təsir imkanları da azalır. Səudiyyəlilərin isə bunu edəcəyi öz qapısına qol vurması mənasına gəlir.

Altıncı versiya

Barak Obama Amerikadakı şist neftinin istehsalını məhv etmək məqsədi ilə səudiyyəlilərlə neftin qiymətinin aşağı salınmasına razılaşıblar. Bəs bu nə üçün edilir? Bu ona görə edilir ki, şist nefti yenilənə bilən enerji sektorunun inkişafını əngəlləyir və atmosferin çirklənməsinə gətirib çıxarır.

(Glob and Mail)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar